Kağız dünyası 2010-da İnternational Office 1
01 fevral, 2010 – cu il, Frankfurt, Almaniya
01 fevral, 2010 – cu il, Frankfurt, Almaniya. Office 1 Superstores İnternational Frankfurtda keçirilən illik Kağız dünyası yarmarkasında iştirak etmişdir. Tədbir Kağız, Ofis malları və Dəftərxana sənayesində son trend və yenilikləri paylaşmaq üçün bütün dünyadan olan müvafiq sektor – təchizatçılarını cəlb etmişdir.
Office 1 – in Alış komandasının əlverişli yeni satıcılar kimi müxtəlif beynəlxalq partnyorlar ilə görüşü diqqətini cəlb etmişdir. Əvvəlki danışıqlar Çin, Hindistan, Almaniya və ABŞ – dan olan təchizatçılarla aparılmışdır. Yeni müqavilələr və ya razılaşmalar haqda 2010 – cu ildə elan olunacaqdır. 2009 – cu ildə və 2009 – cu ilin sonu, 2010 – cu ilin başlanğıcı pozitiv əlamətlər və optimizmi əks etdirir. Dəftərxana və ofis malları üzrə iştirakçıların çoxu özlərinin müştəriləri üçün yeni ideya və dəyərə qənaət məsələlərini diqqətə çatdıracaqlar. Ən əlverişli və maraqlı trend, pərakəndə satış mallarına olan marağın artmasıdır.
Bir çox satıcılar öz bacarıq və hobbiləri kimi hədiyyə, dəbdəbə əşyaları, kitablar, kartların yüksək seçimini təklif edərək, iştirak edirdilər. Bizim də komandamız Office 1 müxtəlif Əsas Françayzilər ilə görüşdü – bunlar arasında – Azərbaycan, Sloveniya, Slovakiya, Litva və İslandiyanı qeyd etmək olar. Hər bir ölkə yeni satış kanalını daxil edərək və onların növlərini genişləndirərək bir çox müxtəlif bazar şərtləri hazırlamaq üçün bir çox tədbirlər həyata keçirmişlər. Bir çox françayzilər daha məşhur Onlayn dükanlar açmağı planlaşdırır. Office 1 İnternational haqda məlumat əldə etmək üçün bizim Facebook səhifəmizə daxil olmanız xahiş olunur.
Sofiyada Elektron kommersiya Konfransı
11 noyabr, 2009 – cu il
Sofiya, Bolqarıstan, 7 noyabr, 2009 – cu il. Superstores İnternational Office 1 dükan və ya anbar olmadan elektron – françayzinq və virtual françayzinq anlayışına əsasən, Office 1 dükanını genişləndirmək üçün gələcək planları və yeni Office Veb Platformasını təqdim etmək üçün bir qrup françayzilərin iştirakı ilə konfrans keçirdi. Gündəlikdə duran məsələ sürətli inkişaf edən elektron kommersiya və bazarında əməkdaşlıq üçün qlobal strategiyanın nəticələri və davamlı olan onlaynın imkan və problemlərinə əsasən onların müzakirəsinə həsr olunmuşdur. Baş İcraçı Direktor və Prezident Mark Baccash bir qrup əsas françayzinqlərə, yalnız elektron – kommersiya şirkəti kimi 2009 – cu ilin əvvəllərində Office 1 İrlandiya ilə bağlı çox uğurlu açılışın reallaşdırılmasına bir çox Qərb ölkələrində Office 1 Elektron – kommersiya müştərək müəssisəsinin gələcək açılışı haqda məlumat verdi. Elektron – françayzinqdəki imkanlar haqda hər hansı bir məlumat almaq istəsəniz, bu zaman europe@office1international.com saytı ilə Office 1 Avropa Baş ofisi ilə əlaqə yaratmanız xahiş olunur.
Ofis 1 özünün ilk virtual Françayzinq müəssisəsini təqdim edir.
18 avqust, 2009 – cu il, West Palm Beach, ABŞ
İrlandiya Office 1 özünün dövlət kommersiya vebsaytını açmışdır ki, bu da elektron dükanın vəziyyətinə əsasən kərpic və tikinti məhlulu arasında simvolik inkişafı əks etdirir.
İrlandiya Office 1 vebsaytı müştərilərini iyirmi dörd saat ərzində BK və İrlandiyadan ən son istifadəçilərə çatdırılmalı olan 22,000 ofis mallarını təqdim etməklə sıx platforma ilə təchiz edəcəkdir.
Bu mal anbar, çatdırılma furqonu, kataloq və ya məhdud heyət olmadan virtual kommersiya ilə həll olacaqdır. Əsas məqsəd müştəriləri vahid onlayn bazarlıq təcrübəsi və istisna xidmətlər ilə təchiz etməkdir.
Modelin əsası hər bir ölkədə Topdan Satış Ticarətçisi/Maddi Texniki Təminat Tədarükçüsü mənbəyidir. Topdan Satış kollektivi İrlandiya və VOW (formal olaraq, Kingfield Heath) və BK – dadır.
Sifariş prosesi sadədir və müştərilərə xoşagələn təcrübələrdən asanlıqla istifadə etməyi təklif edir. Həmin yer müştərilərin bütün səviyyəsini özündə əks etdirən hərtərəfli B2C və B2B funksionallığını təklif edir; ev və ya tələbə müştərilərdən geniş miqyaslı korporativ müştərilərə qədər.
İrlandiya Ofis 1 və BK Ofis 1 burada daxil olun.
OFFICE 1 Peru: Sürətli genişlənmə
17 avqust, 2009 – cu il, Lima, Peru
Özünün Limadakı birinci ofisinin açılışından bir il sonra, dünyadakı çətin iqtisadi situasiyaya baxmayaraq, Peru Office 1 özünün on birinci ticarət məntəqəsini bu il açdı.
Chacarilla dükanı
Ejercito dükanı
Begonias dükanı
Office 1 –in yeni üç məntəqəsi növbəti üç ayda açılacaqdır, ilk olaraq dükanlar Arequipa və Trujillo, daha ikisi isə Perunun əsas iqtisadi mərkəzi yerlərində açılacaqdır.
Guadalajara – nın Açılışı
23 iyul, 2009 – cu il Guadalajara, Meksika
Ofis Malları Vasitəçilərini öz təsiri altında saxlayan iqtisadi azalmaya baxmayaraq, Meksika Office 1 özünün ilk ikimərtəbəli ofisini 22 iyul, 2009 – cu il tarixində Guadalajara ştatında açmışdır. Açılış mərasiminə dəvət olunanlar arasında yerli yüksək vəzifəli şəxslər və mətbuat işçiləri var idi. Bu tikilən son əlavə ofislər gələn ildə açılacaq Colima, Nayarit və Michaocan rayonlarında tramplin kimi fəaliyyət göstərəcəkdir (xidmət göstərmək).
Lentin kəsilməsi
Soldan sağa: Luis Acosta, Guadalajara 1 Office – nin Baş Direktoru, Mark Baccash, Office 1 Superstores İnternational Baş İcraçı Direktoru və Abel Garcia, Meksika Office 1 Baş Meneceri
Dükan 2 Avenida America Guadaljara – da ən fəaliyyətdə olan kommersiya küçəsi
Office 1 OPİ jurnal məqaləsi
01 may 2009-cu il
OPİ jurnalınnı may buraxılışnda son nəşr
(böyütmək üçün şəklə sıxın) (şəkil mənbəyi :opi.net)
Office 1 Qlobal Françayzi iclası
23 fevral 2009-cu il, İstanbul, Türkiyə.
19-20 fevral tarixində 10-cu İllik Office 1 Əsas Françayzilər İclası İstanbulda baş tutdu. Türkiyə üzrə əsas françayzi Cənab Sacit və Mehmet Samli Maslakda Sheraton Princess-də iclasa ev sahibliyi etdilər. Prezident və BİD Mark Baccash ötən ildə qrupun inkişafının qısa xülasəsini verdi və qlobal iqtisadi böhran kontekstində inkişaf üzrə perspektivləri nəzərdən keçirdi.
Müxtəlif Office 1 ölkələrindən olan çıxış edənlər öz françayzinq gedişatını təqdim etdi və mal seçimi, kollektiv alış və cari iqtisadi şəraitlə necə qarşılaşmağın ən yaxşı yolu üzrə müzakirələrdə iştirak etdilər. Bütün iştirakçıların çətin lakin öhdəsindən gəlməli bir ili və növbəti qlobal toplaşmanı səbirsizliklə gözlədiyi İclas Bosforda balıq restoranında ali bir nota ilə başa çatdı.
Office 1 ispan dilində yeni veb-sayt açır.
03 noyabr 2008-ci il West Palm Beach, ABŞ
Office 1 www.office1international.com korporativ veb-saytının ispan dili versiyasını açdı. Yeni əlavə edilmiş xüsusiyyət Office 1-ə dünyada şirkətin ispan dilli müştəriləri üçün “dildə” təcrübəsini təmin etməyə imkan verəcək.
Son olaraq Mexiko, Peru və Venesuelanın Office 1 ailəsinə əlavə edilməsi ilə ispan dilli korporativ portalın açılması məntiqi addım oldu. Yeni vebsaytımız www.office1international.com/es/ ispan dilli müştərilərə şirkət və onun tarixi haqda öyrənməyə və cari layihə və tədbirlərimiz haqda məlumatlar oxumağa imkan verəcək. Şimali və Cənubi Amerika Office 1 üçün böyük əhəmiyyət kəsb edən və uzunmüddətli diqqətimizdə saxladığımız bir bazardır. Hazırda bizim unikal konsepsiyamız dünyanın bu hissəsində öz doğma dilində təqdim edilə bilir. Əlavə yeniliklər və resurslar qarşıdan gələn aylarda mümkün olacaq.
İspan dilli vebsayta buradan baxa bilərsiniz.
Mexiko şəhərində Yeni Office 1 Mağazası
15 sentyabr 2008-ci il
Peruda ilk Office 1 mağazası
28 avqust 2008, Lima, Peru
Peruda ilk Office 1 mağazası bu ilin avqust ayının 28-də mərkəzi Limada açıldı. Açılış mərasiminə bir sıra yerli rəsmilər, mətbuat üzvləri və beynəlxalq brendlərin distributorları qatılmışdı. Mərasimdə Office 1 Peru növbəti 12 ayda ən azı daha on məntəqə açmaq üçün möhtəşəm planı açıqladı.
Perunun Office 1 ölkələri portfelinə əlavə edilməsi şirkətin Latın Amerikasındakı mövqeyini gücləndirəcək və regiondakı inkişafda olan bazarların gələcəkdə genişlənməsinə yardım göstərəcək.
Mağazanın qabağı: Office 1 Peru idarəetmə qrupu və birinci mərtəbənin işçi heyəti.
Soldan sağa: Office 1 Superstores İnternational-in direktor Gleen Reed, Office 1 Peru-nun ölkə üzrə meneceri və T-Copia Korporasiyanın Marketinq direktoru Jose Francisco Hidalgo.
Office 1 Cənubi Hindistana daxil olur.
11 avqust 2008-ci il, Hindistan
Office First-ə topdan satış ticarətçiləri tələb edilir.
14 iyul 2008-ci il.
Office First
Gündən-günə güclənən OP sənayesində və malların artan qiymətində rəqabətə malik Office 1 düzgün strategiyalar qəbul etməli və əsas françayzilərə alternativ mal mənbələrinin tapılmasında yardım göstərmək üçün çevik hərəkət etməlidir. Office 1 brendli malların tam xəttinin yaradılması daha yaxşı hüdudlar yaratmaqla və Office 1 brendinin tanınması səviyyəsini yüksəltməklə açıq şəkildə ilk addım oldu. Asiya istehsalçılarından sərfəli qiymətə malik malların idxal edilməsi Şanxayda tam heyətə malik Office 1 mənbə ofisinin təsis edilməsinə gətirib çıxardı. Office 1 brendli dəftərxana malları hazırda beş ildən artıqdır ki, pərakəndə satışdadır və müştəri tərəfindən qəbulu məmnunedicidir. Vasitəçilərin sıxışdırılıb çıxarılması əsas françayzilərə gəlir gətirmişdir. Şübhəsiz ki, bu, səylər sayəsində başa gəlmişdir Çin kimi böyük bir ölkədə mənbələrin seçilməsi piknik deyil, lakin bu, sonda öz bəhrəsini verdi.
Office 1 üzrə növbəti məntiqi addım topdan satış işinin qurulması və bizim cəlbedici mallarımızı idxal etmək arzusunda olan və əsas françayzinin tələblərinə bağlı qalmaq istəməyən tərəflərə distribusiya etmək üçün ikinci brendi yaratmaq oldu. İndi isə həmin ikinci brendi “Office First” (Birinci Ofis) əmtəə nişanı əsasında təqdim etməyimizdən fəxr duyuruq. Eyni mallar, eyni istehsalçılar, eyni istehlakçı cazibədarlığı, hələ də müxtəlif rəngli qablaşdırma: rəfdən özünü göstərən son dərəcə cəzbedici tünd göy rəng.
“Office First” brendi pərakəndə satış işləri ilə məşğul olan, lakin xüsusi olaraq bütün dünyadakı disribuotrlar və topdan satış ticarətçiləri üçün yaradılmış françayzilər üçün nəzərdə tutulmuşdur. Əsas diqqət mərkəzi isə qlobal miqyasda yüz aparıcı satış referensiyasında yer alan əvvəlcədən seçilmiş mal nomenklaturasıdır.
“Office First” konsepsiyası sadədir-müştərilər üçün aşağı qiymət, yüksək keyfiyyət. Birbaşa istehsalçılardan satın alınması və bu malların yenidən birbaşa son istehlakçılara satılması qəti rəqabətcil üstünlükdür. Burada isə Office 1 təcrübəsi və biliyi öz borcunu yerinə yetirmiş olur. Biz yalnız uzunmüddətli əlaqələrimizin olduğu təchizatçılardan mal sifariş edirik. Bu zavodlar müştərilərimizi bütün lazımi beynəlxalq uyğunluq sertifikatları və keyfiyyət standartları ilə təmin edir və şanxaydakı Office 1 mənbə seçimi idarəsi ümumi müştəri məmnuniyyətinin təmin edilməsinə həsr edilmişdir.
Ofis mallarının topdan satış distributorlarını bizim mənbə seçmə veb-saytımıza gəlməklə “Office First” çeşidini ilkin olaraq nəzərdən keçirməyə dəvət edirik: www.office1export.com. Mal mənbələri seçimi və çeşidi, eləcə də son qiymətlərimizi öyrənmək üçün lazımi parolları əldə etmək üzrə əlavə məlumat əldə etmək üçün xahiş olunur aşağıdakı poçt ünvanı vasitəsi ilə satış koordinatorumuz Elina Hristova ilə əlaqə saxlayın: europe@office1international.com.
OPİ 2008 İclas-Hindistana nəzər
07 iyul 2008-ci il
Cənab Ashok Srivastava-Office 1 Superstore Hindistanın BİD Romada OPİ-də illik konfransın dəvət olunmuş lektoru idi. əhatə olunan mövzulara Hindistanın ofis malları bazarındakı tendensiyalar, distribusiya sistemlərinin təhlili, həmin bazardakı alıcı davranışları və eləcə də Ashokun dediyi kimi “Limitsiz potensiala malik bir ölkə”nin gələcək inkişafı daxildir.
Office 1 2005-ci ildə Hindistan OP biznesinə daxil olan ilk çoxmillətli şirkət idi. Kompleksliliyi və müxtəlifliyi ilə seçilən bu ölkədə atılan ilk addımlar ən azından gərgin güc tələb edirdi. Office 1-in üzləşdiyi problemlərə Britaniyadan qalmış və təbii ki, “işlərin görülməsinin” Hindistan tərzinə uyğunlaşan məşhur bürokratiya ilə məşğul olan işçi heyətinin əldən düşməsi, idarəetmə dövriyyəsi daxil idi. Buna baxmayaraq və lisenziat İndo Rama Retail Holdings Ltd-nin müəyyənləşməsi sayəsində Yeni Dehlidə üç mağaza açıldı və az sonra isə üç françayzinqin açılışı elan edildi. Ashok Srivastavanın BİD vəzifəsinə təyin edilməsi ilə Office 1 real uğura imza atdı ki, onun da gəlişi Hindistanda Office 1-də bu vəzifəyə neçə illərin təcrübəsini gətirdi. O heyətə daxil olduqdan sonra, Office 1 Mədrəs ərazisində regional qurucusunu təyin etməklə yenə də irəliləyirdi ki, burada da ilk mağaza iyul ayının ortalarında açılmalı idi. Ashok Srivastavanın öz sözləri ilə: “Hindistan dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və bütün Avropadan daha çox ingilis dilli əhaliyə və dünyada ən yüksək əmək qabiliyyətli əhaliyə malikdir. 2025-ci ilədək dünyada ən böyük OP bazarlarından biri ola bilər”.
Tam pover-point slayd-şou buradan yüklənə bilər.
əlavə məlumat əldə etmək üçün xahiş olunur əlaqə saxlayasınız: europe@office1international.com
Office 1 Superstores Bolqarıstanda onuncu ildönümünü qeyd edir.
19 iyun 2008-ci il
10 iyun həftəsonu günü 2000-dən artıq işçi, françayzilər və partnyorlar Bolqarıstanda Office 1 onuncu ildönümünü qeyd etmək üçün toplaşdılar. Mərasim Pamporovonun birinci sinif dağ xizək kurortu yaxınlığında İlindenin mənzərəli çəmənində keçirildi. Qonaqlar müxtəlif ərazi otellərində yerləşdirildi və tədbir üçün etiketlənmiş suvenirlərin daxil olduğu hədiyyə paketi əldə etdilər. 1600 metrlik dağa çıxa bilənlərə limitsiz ərzaq ehtiyatı və qızınmaq üçün şərab verildi. əyləncəyə ənənəvi Bolqar xalq musiqisi, musiqi nəğmələri, populyar Bolqar orkestrləri və bütün iştirakçılar üçün hədiyyə uduşlu oyunlar daxil idi. Güclü leysan heç kimi ruhdan salmadı və planlaşdırılmamış rəqs döşəməsi hava şəraitindən asılı olmayaraq yaxşı yığılmışdı. Yüz əllidən çox mağazaya, müştərilərə xidmət göstərən kompleks şəbəkəyə və üstünlüklərinə görə çoxsaylı mükafatlara malik olan Office 1 Bolqarıstan bazarda təkzibedilməz bir aparıcıdır. Gəlin uğurun daha bir on il davam etdirilməsini arzu edək.
Dubay yarmarkası 2008
24 may 2008-ci il Dubay
24 may tarixində Office 1 International çeşidinə görə ən məşhur olan Dubay Françayzinq Yarmarkasında mağazaya sahib oldu. Mağaza müvafiq olaraq Office 1 Qatar, Səudiyyə Ərəbistanı Baş direktorları olan cənab Hussein Zebib və cənab Waleed Sghaier və beynəlxalq ixrac direktoru Glenn Reed tərəfindən idarə edilirdi. Yarmarkada çoxlu sayda adam iştirak edirdi və gələn çoxsaylı qonaqlar tərəfindən Office 1 konsepsiyasına xeyli maraq var idi. Nəticə olaraq ümumi sahədə güclü iqtisadi inkişaf əldə edilməsi gözlənirdi. Əmirliklər və Bəhreyn üzrə ümumi müqavilələrin qısa şəkildə imzalanması gözlənilir. Ətraflı məlumat əldə etmək üçün g.reed@office1international.com elektron poçtu vasitəsi ilə Glenn Reedlə əlaqə saxlaya bilərsiniz.
Şanxay Paperworld yarmarkası 2007
15 oktyabr 2007-ci il
Office 1 Superstores International 20-22 noyabr tarixli şanxaydakı Paperworld Noyabr Yarmarkasında mağazaya malik olacaq. Mağaza nömrəsi 5A06-dır və W5 zalında yerləşir. Office 1 ixrac komandasının üzvləri burada iştirak edəcək və Office 1 Çin İxrac idarəsindən malların idxalında və distribusiyasında maraqlanan insanlarla görüşməyə hazır olacaq. Bu mağazada ixrac üçün dəftərxana malları və mebel nümunələrini də təqdim ediləcək. Şirkətin baş İcraçı Direktoru Mark Baccash bir neçə günlük yarmarkada müxtəlif vaxtlarda iştirak edəcək. Office 1 françayzinqi sahəsinə sahib olmaqla bağlı maraqlı şəxslər də baş çəkə bilərlər.
Paperworld Yarmarkasında 500-dən artıq dəftərxana malları təchizatçıları iştirak edəcək. Əlavə məlumat əldə etmək üçün buraya sıxın.
01 sentyabr 2007-ci il West Palm Beach, ABŞ
Bu gün Office 1 qarşıdan gələn dəftərxana malları hipermarketlərinin Peruda rəsmi açılışını elan etdi.
Əsas françayzi T-Copia Peruda on üç aparıcı, Kinko tipli servis mərkəzlərinə və Peru Copia adı altında üç fotosurət mərkəzlərinə malikdir. Bundan başqa, Əsas françayzi 10,000 ofis müştəriləri siyahısına və bu hesabları tələb edən böyük satış gücünə malik olmaqla Peru üzrə Canon ofis maşınlarının müstəsna distributordur.
Office 1 inanır ki, T-Copiada Perunun 400$ mm ofis malları bazarına daxil olmaq üçün müstəsna olan Əsas françayzi tapmışdır. Plan Limanın mərkəzində şirkətə məxsus binada 300 m2–lik ilk hipermarketin açılmasından ibarətdir. Bu açılışdan sonra, üç Peru Copia mağazaları Office 1-ə çevriləcək.
2008-ci ilin sentyabrdan başlayaraq, Limadakı onüç T-Copia mağazası daxilində 2008-ci ildə minimum 6 çevrilmə üzrə hər ay bir mağaza ölçüsündə Office 1 bölməsi yaradılacaq.
Sub françayzinq mövcud surətçıxarma mərkəzlərinin çevrilməsinə diqqət yetirilməklə, bütün T-Copia və Peru Copia mağazaları yenidən konfiqurasiya edildikdən sonra 2009-cu ildə başlayacaq.
Mark Baccash bildirmişdi: Françayzinq sahibkarının Limada yaxşı yerlərdə yerləşmiş mağazalara malik olması və Canon satış gücünə malik sinerji uğur qazanmaq imkanlarının yüksək səviyyədə təmin edildiyinə imkan yaratmalıdır.
Mexiko (bu ilin əvvəlində) və Peru açılışlarının birləşməsi Office 1-in Latın Amerikasında sürətlə inkişaf edən yaranmaqda olan bir sıra bazarlaradək genişlənməsi üçün zəruri dəstəyi təmin edəcək.
Office 1 Frankfurt Messedə, 2007-ci il
24 yanvar 2007-ci il, Almaniya.
Əvvəlki illərdə olduğu kimi, Office 1 Frankfurtda 24-28 yanvar tarixlərində Paperworld Ofis Malları Yarmarkasında böyük bir mağazaya sahib olmuşdu. Burada yeni əsas françayzinq namizədləri və əsas təchizatçıları ilə görüşmək imkanı əldə etdik, yeni Office 1 brendli malları təqdim edə bildik, eləcə də dəftərxana ləvazimatları satıcıları və təchizatçıları ilə görüşmək üçün yarmarkada olan əsas françayzilər üçün toplanma məntəqəsi təşkil edə bildik.
Vyetnamda Office 1-ə olan diqqət
13 noyabr 2006, Ho Chi Minh şəhəri, Vyetnam
VietNamNet körpüsü – böyük əhali kütləsi və artan tələbat aparıcı ABŞ dəftərxana malları pərakəndə satıcısı olan Office 1 İnternational-ın gözündə Vyetnam bazarının ən cəlbedici aspektləridir.
Office 1 Prezidenti və BİD Mark Baccash qeyd etdi ki, Amerikan şirkətləri o cümlədən Office 1 84 milyon nəfərlik Vyetnam bazarının cəlbedici gücünə davam gətirmirdi və Vyetnamlı partnyorlarla biznes əlaqələrinin yaradılmasının vaxtıdır.
O, həmçinin vurğuladı ki, Vyetnama xarici şirkətlər də gəlir və onların sayı ölkə Dünya Ticarət Təşkilatına (DTT) daxil olduqda xüsusilə artacaq.
Cənab Baccash qeyd etdi ki, bu dəfə onun Vyetnama ilk səfəri zamanı Office 1 İnternational brendini françayzinq etmək üçün yerli partnyorlar tapa biləcəyinə ümidvardır.
Vyetnamlı partnyorlar daxili bazar və Vyetnam xalqının istehlak vərdişləri haqda olmalıdırlar, o, əlavə etdi.
Lakin, o, bildirdi ki, biznes haqda biliklərin yerli partnyorlar və Vyetnamda təlim keçən satıcılara ötürülməsinin digər ölkələrdə olduğundan daha çox vaxt alacağından narahatdır, çünki Vyetnamda françayzinq hələ yeni idi.
(Mənbə: Dau Tu)
Office 1 Şanxayın Noyabr Françayzinq yarmarkasında Çinli Françayzinq namizədlərinin marağının cəlb edir.
10 noyabr, 2006-cı il, Şanxay, Çin
Office 1 7 noyabr - 9 noyabr tarixində keçirilmiş Şanxayın Françayzinq yarmarkasında çoxsaylı qonaqların marağını cəlb etdi. Yarmarkada kiçik mağazaya malik yeganə dəftərxana malları françayzinqi olaraq Office 1-ə françayzinq üçün çoxsaylı namizədlər iştirak etdi.
Lyublyanada, Sloveniyada ilk hipermarketin rəsmi açılışı
07 sentyabr 2006-cı il West Palm Beach, Florida
Office 1 Superstores İnternational İnc. bu gün Lyublyanada, Sloveniyada ilk hipermarketin rəsmi açılışını elan edir.
7 sentyabr tarixində mağazanın rəsmi açılışını edən ABŞ səfiri Thomas R. Robertsonun lenti Vele d.d Şurasının Prezidenti əsas françayzinq əldə edən Andrej Andoljsekin və Office 1 Superstores İnternational İnc.–in Prezidenti və BİD Mark Baccash yanında kəsdiyi görünür.